Lamin Yamal "Barselona"nın bu mövsüm Çempionlar Liqasını qazanmaq istəyi barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, gənc vinger komanda yoldaşlarının bu məqsədə köklənməsini müsbət qiymətləndirib: "Düşünürəm ki, bu, doğrudur və məni sevindirir ki, futbolçular paltardəyişmə otağına inamla gəlirlər. Problem o zaman yaranardı ki, kimsə mütləq qalib olacağımızı iddia edərdi, çünki bunu dəqiq bilmək mümkün deyil. Məncə, Çempionlar Liqasını qazanmaq istəyi yaxşıdır. Axı biz "Barselona"yıq və klub tarixində elə dövrlər olub ki, "Barselona" dünyanın ən yaxşı komandası kimi Çempionlar Liqasını qazanıb. Hazırkı heyətimiz buna imkan verir və bu mövsüm Çempionlar Liqasını qazanmaq məqsədini qarşıya qoymamaq qorxaqlıq olardı. Əslində, biz həm də La Liqada çempionluq uğrunda mübarizə aparırıq və hər iki titulu qazanmaq gücündəyik. Əsas odur ki, bir komanda kimi birləşək və oyunlarda baş verə biləcək "iyirmi uğursuz dəqiqə"ni birlikdə dəf edək".


