İngiltərə təmsilçisi "Liverpul" "Barselona"nın niderlandlı yarımmüdafiəçisi Frenki de Yonqu heyətinə qatmaq üçün rəsmi addımlar atmağa başlayıb.

Offsideplus.az xəbər verir ki, lakin klubun oyunçu üçün irəli sürdüyü təxminən 40 milyon avro dəyərindəki ilk təklif kataloniyalılar tərəfindən geri çevrilib.

​Komandanın baş məşqçisi Andoni İraola yanvar transfer pəncərəsi öncəsi yarımmüdafiə xəttinin gücləndirilməsini vacib şərt hesab edir və De Yonq bu istiqamətdə əsas hədəf kimi müəyyənləşdirilib. "Barselona" niderlandlı futbolçunun satışını müzakirə etməyə hazır olduğunu bildirib, lakin bunun üçün tələb olunan minimum məbləğin 70 milyon avrodan az olmaması qeyd edilir.