Amerikalı UFC veteranı Neyt Diaz Konor Makqreqor barədə sərt fikirlər səsləndirib və irlandiyalı döyüşçüyə zədədən sonra uğurlu qayıdış arzulayıb.

Offsideplus.az xəbər verir ki, Diaz açıqlamasında belə deyib: "Konor bir manyakdır, amma o, hər kəsin görmək istədiyi döyüşçüdür. Bağların qopmasından sonra qayıtmağa çalışan birini yerə vurmaq istəmirəm, özü də məni məhv etməsin. Böyük döyüş istəyirəm. Makqreqora yazığım gəlir. Ümid edirəm, hər şey onun üçün yaxşı olacaq. Qayıdışında uğurlar arzulayıram. Mən yenidən qəfəsə çıxıb yaxşı nəticələr göstərəcəm, sonra isə onu məğlub edəcəm".

Qeyd edək ki, Makqreqor və Diaz 2016-cı ildə iki dəfə qarşılaşıb. İlk döyüşdə Diaz boğma fəndi ilə qalib gəlib, ikinci qarşılaşmada isə Makqreqor hakimlərin qərarı ilə üstün olub.