"Qarabağ" klubunun heyətində çıxış edən Bens Varkonyi karyerasında əlamətdar hadisə ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı mərkəz müdafiəçisi göstərdiyi inamlı oyun sayəsində Macarıstanın əsas milli komandasından ilk dəfə dəvət alıb.
Klub səviyyəsindəki uğurlu çıxışı ilə diqqət mərkəzinə düşən gənc futbolçu milli komandanın heyətində debüt etmək üçün yığmanın düşərgəsinə yollanacaq. Oyunçuya qarşıdakı matçlarda uğurlar arzulayırıq.


