Avropa klublarının "Atletiko Paranaense"nin istedadlı müdafiəçisi Artur Diasa marağı günü-gündən artır.
Offsideplus.az xəbər verir ki, İspaniya təmsilçisi "Atletiko Madrid" 19 yaşlı futbolçunu transfer etmək üçün "Tottenhem" və "Nottingem Forest" klubları ilə rəqabətə daxil olub.
Braziliya milli komandasının əsas heyətinə ilk dəvətini aldıqdan sonra gənc oyunçuya olan maraq daha da şiddətlənib. Vəziyyətin gərginləşdiyini nəzərə alan "Atletico Paranaense" klubu Avropa nəhənglərinin diqqət mərkəzində olan müdafiəçi ilə yeni müqavilə imzalamağa çalışır.


