La Liqanın prezidenti Xavyer Tebas "Real Madrid" TV-nin hakimlərə yönəltdiyi tənqidlərə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, Tebas "Real Madrid"in özünü qurban kimi göstərməsini yersiz hesab etdiyini deyib. "Onlar yalnız özləri ilə bağlı deyil, başqalarına aid məsələlərə də şikayət edirlər. Onlar haqlı deyillər. Hər şeydə başqalarını günahlandırırlar, özləri isə heç vaxt məsuliyyət daşımırlar. Mən deyə bilərdim ki, niyə "Real Madrid"in xalı azdır, amma bunu etməyəcəyəm. "Real Madrid" bu şikayətlərsiz də çempion ola bilər", – deyə Tebas vurğulayıb.
O, əlavə edib: "Əgər bu, "Barselona" ilə baş versəydi, penalti təkrar olardı. Əgər Espi "Barselona" üçün qol vursaydı, həmin qol ləğv edilməzdi".


