"Qalatasaray"ın əfsanəsi klubsuz qaldı.

Offsideplus.az xəbər verir ki, Mauro İkardinin karyerası ilə bağlı gözlənilən keçid baş tutmayıb. Argentinalı hücumçunun "Latsio" klubuna transfer olacağı yönündəki iddialar və gözləntilər tamamilə sona çatıb.

İtaliya mətbuatının yaydığı məlumata görə, təcrübəli qolçu "Latsio" ilə müqavilə imzalamayacaq. Bu gelişmədən sonra futbolçunun hansı komandada qərarlaşacağı hələlik qeyri-müəyyən olaraq qalır.