"Real Madrid" klubunun və dünya futbolunun canlı əfsanəsi Almaniya Bundesliqasında oynaya bilər.

Offsideplus.az xəbər verir ki, fransalı ulduz hücumçu Kərim Benzemanın karyerasını Almaniyada davam etdirə biləcəyi bildirilir. "Bayer Leverkuzen" klubu təcrübəli qolçu ilə birbaşa əlaqə yaradaraq onu heyətinə qatmaq istədiyini nümayiş etdirib.

Məlumata görə, Benzema klub haqqında ətraflı məlumat almaq üçün keçmiş komanda yoldaşları Lukas Vaskes və Musa Diabi ilə əlaqə saxlayaraq onlardan məsləhət istəyib.