Abubakar Nurmaqomedov uzun fasilədən sonra ilk dəfə 14 noyabrda Dubayda keçiriləcək PFL turnirində qəfəsə çıxacaq. Onun rəqibi David Martinez olacaq. Bu qarşılaşma Abubakar üçün 2023-cü ilin iyunundan bəri ilk döyüş olacaq. Həmin vaxt o, UFC turnirində Elizeu Zaleskiyə hakimlərin bölünmüş qərarı ilə uduzmuşdu.

Offsideplus.az xəbər verir ki, Nurmaqomedovun peşəkar karyerasında 17 qələbə, 4 məğlubiyyət və 1 heç-heçə var. Martinez isə 17 dəfə qalib gəlib, 6 dəfə uduzub. Bundan əlavə, Abubakar Nurmaqomedov 20 sentyabrda David Zawada ilə güləş qarşılaşmasına çıxacaq.