Roberto De Zerbi "Tottenhem"in İngiltərə Liqa Kubokunun üçüncü mərhələsində "Liverpul"a 1:3 hesabı ilə uduzmasına münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis komandasının qələbə üçün imkanlarının olduğunu deyib: "Qələbə qazanmaq üçün qol epizodlarımız var idi. Hazırda asan dövr keçirmirik, amma oyunçularıma inanıram və beş dəqiqə əvvəl onlara sakit olmalarını söylədim. Bizə dönüş nöqtəsi lazımdır. Bunun şənbə günü "Aston Villa" ilə Premyer Liqa oyununda baş verəcəyini bilmirəm, amma bu cür oynamağa və özümüzə, üslubumuza inanmağa davam etsək, çoxlu oyunlar qazanacağımıza və çox qol vuracağımıza inanıram. Oyunçularım yüksək səviyyəyə malikdir. Çox müsbət məqamlar var. Nəticələr bizi məyus edir. Hesab edirəm ki, bu məğlubiyyətə layiq deyildik, amma bu birinci mövsümdür. Tamamilə yeni komanda qururuq. Oyunçularıma və bu layihəyə inanıram. Heç bir şübhəm yoxdur. Kluba inanıram, sadəcə, hazırda bəxtimiz gətirmir. Şərti danışmaq düzgün deyil, amma bu gün çox yaxşı oynadıq".
Dörd turdan sonra "Tottenhem" Premyer Liqada 2 xalla 17-ci pillədə qərarlaşıb.


