Vinisius Junior yaxın vaxtlarda yenidən qollar vuracağını bildirib.
Offsideplus.az xəbər verir ki, "Real Madrid"in braziliyalı cinah oyunçusu ardıcıl 5 oyundur fərqlənə bilmir. Bu gün La Liqanın 6-cı turunda "Real Madrid" səfərdə "Elçe"ni 3:2 hesabı ilə məğlub edib. Vinisius 68-ci dəqiqədə əvəzlənib.
"Qollarım tezliklə qayıdacaq. Bu qədər fürsəti boşa vermək olmaz! Bazar günü məndən daha çox şey gözləyin. İrəli, Madrid!" – deyə Vinisius qeyd edib.
Bazar günü "Real Madrid" səfərdə "Atletiko" ilə qarşılaşacaq.


