Bu yay "Los Anceles Leykers"in sahibi Mark Uolter klubdakı payını cəmi bir il saxladıqdan sonra satıb. Uolter uzun müddətdir biznes strukturlarında mümkün maliyyə fırıldaqları ilə bağlı federal araşdırmanın diqqət mərkəzindədir.
Offsideplus.az xəbər verir ki, NBA komissarı Adam Silver bildirib ki, liqa Mark Uolterlə əməkdaşlıqdan əvvəl onun etibarlılığını yoxlayıb: "Biz heç bir narahatedici məqam aşkar etmədik. Hazırda onun barəsində yalnız şübhələr var və bu, diqqət tələb edən hallardır. Mark Uolterin 'Los Anceles Leykers'i satmaq niyyətində olduğunu yalnız alıcılar tərəfindən razılıq əldə olunduğunu eşidəndə bildim", – deyə Silver vurğulayıb. Klubun yeni sahibi Coş Kuşner olub.


