Pol Corc "Boston Seltiks"ə keçidindən sonra ilk mətbuat konfransında klubdakı rolundan danışıb. 36 yaşlı forvard bildirib ki, komandada diqqəti öz üzərinə çəkmək niyyətində deyil və əsas ulduzun Ceyson Teytum olduğunu vurğulayıb.
Offsideplus.az xəbər verir ki, Pol Corc açıqlamasında bunları deyib: "Bizim superulduzumuz Ceyson Teytumdur. Mən buraya diqqəti özümə çəkmək və ya özümü yenidən kəşf etmək üçün gəlməmişəm. Daha əvvəl də forvard mövqeyində başqa bir superulduzla birgə oynamışam və meydançada yaxşı anlaşmışıq". O, həmçinin hazırda tam sağlam olduğunu və zədə problemlərini arxada qoyduğunu qeyd edib: "Görünür, artıq zədələrimi aradan qaldırmışam və yenidən özümü tapıb fiziki formamı bərpa edə bilərəm".


