Niderland futbolunun tanınmış siması, "Barselona"nın sabiq baş məşqçisi Ronal Kuman həyat yoldaşı Bartina Kuman-Boddeveldin vəfatı ilə bağlı açıqlama yayıb.
Offsideplus.az xəbər verir ki, Kuman ailəsi Bartinanın uzun illər süd vəzi xərçəngi ilə mübarizə apardığını bildirib. Bartina Kuman-Boddeveld 2010-cu ildən bu xəstəliklə mübarizə aparırdı. Cütlük 1985-ci ildə ailə qurub, onların üç övladı və beş nəvəsi var. Onların oğullarından biri, Ronald Kuman-kiçik hazırda Niderlandın "Telstar" klubunda qapıçı kimi çıxış edir.


