"Qəbələ" yeni baş məşqçisini rəsmi olaraq açıqlayıb.

Offsideplus.az xəbər verir ki, "qırmızı-qaralar" Şimali Makedoniyadan olan mütəxəssis Yeton Bekiri ilə "1+2" illik müqavilə imzalayıb.

44 yaşlı məşqçinin son iş yeri ölkəsinin "Şkendiya" klubu olub. Bekiri 2024/2025 mövsümündə bu komanda ilə Şimali Makedoniya çempionu adını qazanıb.

O, karyerası ərzində "Struqa", "Drita", "Qostivar" və Albaniyanın "Bilis" klublarını da çalışdırıb.

Y. Bekiri "Qəbələ"də sentyabrın 20-dən fəaliyyətə başlayacaq.