"Sumqayıt" komandasının ev oyunlarını yenidən Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirəcəyi vaxt dəqiqləşib.

Klubun mətbuat katibi Zaur Xudiyev Offsideplus.az-a açıqlamasında bildirib ki, "göyərçinlər" milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra doğma arenaya qayıdacaqlar.

Qeyd edək ki, "Sumqayıt"ın son matçlarını "SOCAR Polymer Arena"da keçirməsinə səbəb Mehdi Hüseynzadə adına şəhər stadionunun ot örtüyündə bərpa və yenilənmə işlərinin aparılması idi.