Formula 1-də mövsümün lideri Kimi Antonelli doğma İtaliya Qran-prisinin qalibi olub

Offsideplus.az xəbər verir ki, bazar günü baş tutan yürüşdə 19-cu pillədən start götürən 20 yaşlı italyan pilot bütün rəqiblərini geridə qoyaraq birinci yeri tutub.

Bu nəticə onun komanda yoldaşı və çempionluq yarışındakı əsas rəqibi Corc Rassell üçün ciddi zərbə olub.

Kimi Antonelli bu qələbəsi ilə 1966-cı ildə "Ferrari"nin heyətində Montsada qalib gələn Lyudoviko Skarfiottidən sonra doğma trekdə zəfər qazanan ilk italyan pilot kimi tarixə düşüb.