UFC 331 turniri 20 sentyabr tarixində Los-Ancelesdə baş tutacaq. Gecənin əsas qarşılaşmasında ən yüngül çəki dərəcəsində çempionluq kəməri uğrunda Aleksandre Pantoja ilə Coşua Van revanş döyüşünə çıxacaq.

Offsideplus.az xəbər verir ki, turnirin digər maraqlı qarşılaşmalarında Arman Tsarukyan ilə Maurisio Ruffi, Marlon Vera ilə Çarls Jordan, Tay Tuivasa ilə Robelis Despeyn, eləcə də Patrisiu Freyre ilə Du Ho Çoy üz-üzə gələcək. Gecənin ilkin döyüşləri Bakı vaxtı ilə saat 1:30-da, əsas döyüşlər isə saat 5:00-da start götürəcək.