Formula 1 və Beynəlxalq Avtomobil Federasiyası (FIA) Ümumdünya Avtoidman Şurasının təsdiqindən sonra 2027-ci il Dünya Çempionatının rəsmi təqvimini elan edib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan Qran-prisi bu il olduğu kimi yenə 24–26 sentyabr tarixlərində təşkil olunacaq.
24 mərhələdən ibarət olacaq yeni mövsüm 22 fərqli ölkəni əhatə edəcək. Çempionata martın 12–14-də keçiriləcək Bəhreyn Qran-prisi ilə start veriləcək. Mövsümün son yarışı isə dekabrın 10–12-də Birləşmiş Ərəb Əmirliklərində, Əbu-Dabi mərhələsi ilə yekunlaşacaq.
Dəyişikliklərə əsasən, 2027-ci ildə sprint yarışlarının sayı 6-dan 10-a qədər artırılacaq. Mövsümöncəsi ilk rəsmi sınaq yürüşləri isə fevralın 24–27-də Bəhreyndəki "Sahir" trasında baş tutacaq.



