"Bavariya"nın yarımmüdafiəçisi Luis Dias hesab edir ki, komandanın hücumçusu Harri Keyn "Qızıl top" mükafatına layiqdir.

Offsideplus.az xəbər verir ki, Münhen təmsilçisinin və İngiltərə millisinin forvardı dünyanın ən yaxşı futbolçusu adına namizəd olan 30 oyunçu arasında yer alıb.

"Çoxlarının bu barədə fikirlərini gördüm. Hər kəsin öz baxışı var və buna hörmətlə yanaşmaq lazımdır. Şəxsən mən düşünürəm ki, Harri bu mükafatı qazanmalıdır. O, dünyanın ən yaxşı futbolçularından biridir və bunu uzun illərdir sübut edir. Bu mövsüm isə onun çıxışı sadəcə inanılmaz idi", – deyə Luis Dias bildirib.