NBA ulduzu Luka Donçiç "Real Madrid"də oynadığı illərdə Avropa basketbolunun ən gərgin atmosferləri ilə üzləşdiyini bildirib.

Offsideplus.az xəbər verir ki, sloveniyalı basketbolçu ən çətin səfər matçları barədə danışarkən ilk olaraq "Srvena Zvezda"nı xatırladıb:

"Yəqin ki, "Srvena Zvezda" deyərdim, amma şəxsən mənim üçün çətin deyildi. Onların azarkeşiyəm, orada məni sevirdilər. 2018-ci ilin martında Belqradda son saniyə üç xallığı ilə "Real Madrid"ə 82:79 hesablı qələbə qazandırdım. Sevimli komandama xal atdığım üçün qarışıq hisslər keçirdim, çox sevinmədim, amma gözəl an idi".

Donçiç "Panatinaikos"un ev oyunlarındakı atmosferi də xüsusi qeyd edib:

"1/4 finalda "Panatinaikos"la ilk matça 0:20 geridə başladıq. O zalda həqiqətən inanılmaz, gur bir atmosfer var idi".

Azarkeşlərin ən çox hansı zalda ona qarşı təzyiq göstərdiyi sualına isə Donçiç gülərək cavab verib:

"Yəqin ki, çox yerdə, amma ilk növbədə "Barselona" səfərində".