"Mançester Siti"nin baş məşqçisi Enzo Mareska 2023-cü ildə Brunu Fernandeşin vurduğu qola görə "Mançester Yunayted"dən hələ də üzrxahlıq gözlədiklərini bildirib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis həmin epizodun qaydalar çərçivəsində olmadığını xatırladıb:

"Bəzən bəxt sənin tərəfində olur, bəzən isə yox. Üç il əvvəl "Mançester Siti"də köməkçi məşqçi kimi çalışarkən "Mançester Yunayted"ə qarşı matçda dəqiq belə bir hal yaşandı və dərbi də uduzduq. Həmin qol qaydalara zidd olaraq hesaba alındı. Səmimi desəm, heç kim üzr istəmədi. Hələ də o qola görə üzrxahlıq gözləyirik".

Qeyd edək ki, 2023-cü ilin yanvarında baş tutan derbidə (2:1) "Mançester Yunayted"in ilk qolu zamanı Markuş Reşford oyundankənar vəziyyətdə olsa da, topa toxunmadan onun yanında qaçaraq rəqib müdafiəçilərə mane olmuş, ardınca Brunu Fernandeş zərbə vuraraq fərqlənmişdi.