"Marsel" komandasının baş məşqçisi Bruno Genesio futbol karyerasında şahidi olduğu ən təsirli azarkeş atmosferindən danışıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis Çempionlar Liqası, UEFA Avropa Liqası və UEFA Konfrans Liqası daxil olmaqla, indiyə qədər gördüyü ən möhtəşəm atmosferin məhz Beşiktaş Stadionunda olduğunu bildirib.

Genesio 2017-ci ildə həmin arenada keçirilən matçdan sonra stadionun yaratdığı inanılmaz səs-küy səbəbindən iki gün boyunca qulaqlarının ağrıdığını vurğulayıb.