İngiltərənin "Mançester Yunayted" klubu "Real Madrid"in gənc hücumçusu Endriki heyətinə qatmaqda maraqlı olan komandalar sırasındadır.
Offsideplus.az xəbər verir ki, 20 yaşlı braziliyalı futbolçu qış transfer pəncərəsində transfer bazarına çıxarıla bilər.
Karyerasını daha fasiləsiz oyun praktiki qazana biləcəyi bir klubda davam etdirmək istəyən gənc hücumçunun Madrid təmsilçisini tərk etməsi ehtimalı yüksək qiymətləndirilir.
Tərəflər arasında mümkün keçidlə bağlı danışıqların yanvar ayında daha da aktivləşəcəyi gözlənilir.


