"Barselona"nın idman direktoru Deko komandanın cinah oyunçusu Rafinya ilə cari sözləşmənin 2028-ci ildən sonrakı dövrü əhatə etməsi üçün müzakirələr aparıb.

Offsideplus.az xəbər verir ki, Deko "Barselona"da vəzifəyə başlamazdan əvvəl Rafinyanın agenti olub və onlar arasında hələ də yaxın münasibət qorunub saxlanılır.

Buna baxmayaraq, 29 yaşlı futbolçu cari danışıqlarda özünü şəxsən təmsil edir.