Fransalı hücumçu Antoni Marsial karyerasını İspaniyada davam etdirməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, azad agent statusunda olan 30 yaşlı f utbolçu "Malaqa" klubu ilə irəliləmiş danışıqlar aparır və tərəflər arasında razılığın əldə olunmasına az qalıb.

Bildirilir ki, təcrübəli oyunçu bu keçidi gerçəkləşdirmək üçün Liqa 1-in iki klubunun təklifini geri çevirib. Marsialın İspaniya futboluna qayıtmaq istəyi bu transferin baş tutmasında əsas amillərdən biri olub.