Milli komandaların oyunlarına görə, sentyabrın 20-dən oktyabrın 9-na qədər Misli Premyer Liqasında fasilə olacaq.

Offsideplus.az-ın əldə etdiyi məlumat görə, çempionatımızın iki iddialı komandası - “Qarabağ” və “Zirə” bu ərəfədə yoxlama görüşü keçirəcək.

Qarşılaşma oktyabrın 3-də baş tutacaq.

Qeyd edək ki, bu komandalar Premyer Liqanın son turunda da qarşılaşmış, ancaq qalib müəyyənləşməmişdi - 1:1