İspaniya Futbol Federasiyası milli komandanın baş məşqçisi Luis de la Fuente ilə bağlı vacib qərar qəbul edib.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis yığma ilə olan sözləşməsinin müddətini 2030-cu ilə qədər uzadıb.
Komanda ilə əldə etdiyi uğurlu nəticələrlə diqqət çəkən De la Fuente qarşıdakı illərdə də İspaniya millisinin sükanı arxasında qalacaq və qəbul edilən bu yeni uzunmüddətli razılaşma yığmada sabitliyi qorumağa xidmət edəcək.


