İngiltərənin "Arsenal" klubu "Real Madrid"in cinah oyunçusu Rodriqoya olan marağını yenidən bərpa edib və futbolçunun nümayəndələri ilə əlaqə saxlayır.
Offsideplus.az xəbər verir ki, Şimali London təmsilçisi 25 yaşlı futbolçunun zədədən sonra bərpa prosesini yaxından izləyir.
Rodrygoun çarpaz bağlarındakı zədədən qurtularaq Milad bayramına qədər yaşıl meydançalara qayıtmağı ümid etdiyi bildirilir.
Hərçənd oyunçunun "Real Madrid"lə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir, "Arsenal" onu hələ yanvar transfer pəncərəsində heyətinə qatmağa cəhd edə bilər.


