ABŞ-nin “İnter Mayami” komandasının futbolçusu Lionel Messi karyerasında 49-cu titulunu qazanıb.
Offsideplus.az xəbər verir ki, argentinalı hücumçu bu uğura ötən gün komandası ilə birlikdə Kampeones Kubokuna yiyələnməklə sahib çıxıb.
“İnter Mayami” həlledici matçda Meksikanın “Krus Asul” klubuna 2:0 hesabı qalib gələrək tarixində ilk dəfə həmin titulu qazanıb.
49-cu komanda titulunu qazanan Messi bununla dünya rekordunu yeniləyib.
Qeyd edək ki, bu göstərici üzrə ikinci pillədə Braziliya millisi və “Barselona”nın sabiq müdafiəçisi Dani Alveş qərarlaşıb.


