"Barselona" klubunun futbolçusu Lamin Yamal şəxsi rekordunu təkrarlayıb.
Offsideplus.az xəbər verir ki, 19 yaşlı vinger buna La Liqanın VI turunda "Rasinq"lə oyunda fərqlənməklə nail olub.
7:2 hesabı ilə qalib gəldikləri matçda sonuncu qolun müəllifi olan Yamal ardıcıl 5 görüşdə fərqlənməyi bacarıb. Bu, onun karyerasında ardıcıl 5 görüşdə qol vurduğu ikinci belə haldır.


