"Neftçi" heyətini daha bir amerikalı basketbolçu ilə gücləndirib.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Neftçi" heyətinə  yeni legioner cəlb edib. Komanda amerikalı basketbolçu Zakeriya Hiks ilə birillik müqavilə imzalayıb.

203 sm boya malik 23 yaşlı hücumçu karyerası ərzində NCAA-də "Temple Owls" və "Penn State Nittany Lions" komandalarının şərəfini qoruyub.

Hiks peşəkar səviyyədə İspaniyanın "UCAM Murcia" klubunda, son olaraq isə NBA G Liqasında "South Bay Lakers" komandasında çıxış edib.