İngiltərənin "Çelsi" klubunun "Real Madrid"in ulduzunu transfer etmək istədiyi bildirilir.
Offsideplus.az xəbər verir ki, londonlular Arda Güleri potensial transfer hədəfi olaraq müəyyənləşdirib. Baş məşqçi Jozə Mourinyunun son açıqlamaları isə bu transfer ehtimalının müzakirə olunmasına zəmin yarada bilər.
Mourinyu verdiyi açıqlamada, "Xeyr, komandada heç kim toxunulmaz hesab edilmir" - ifadəsini işlədib. O, Arda Gülerin istedadını və inkişafını yüksək qiymətləndirsə də, hər bir oyunçunun əsas heyətdəki yeri üçün mübarizəni davam etdirməli olduğunu açıq şəkildə bildirib.



