Aksel Vitsel Belçika millisində karyerasını başa vurduğunu açıqlayıb.
Offsideplus.az xəbər verir ki, “Nitsa”nın 37 yaşlı yarımmüdafiəçisi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, Aksel Vitsel 2008-ci ildən Belçika millisində forma geyinib. O, millidə 140 oyuna 12 qol vurub. Vitsel Belçika milisindəki oyun sayına görə ikinci yerdədir. İlk pillədə 157 oyunla Yan Vertongendir.


