Castin Qeytji İliya Topuriyanın açıqlamalarına cavab verərək onunla revanş döyüşünə tam hazır və könüllü olduğunu bəyan edib.

Offsideplus.az xəbər verir ki, o, rəqiblərinə qarşı hər zaman döyüş meydanında hər şeyi ortaya qoyduğunu vurğulayıb.

​Qeytji açıqlamasında qeyd edib: "İnsanlar buna inanmır. Döyüşdüyüm hər kəsin üzünə bunu etmişəm. İliya ilə revanş döyüşünə könüllüyəmmi? Mən onu təzəlikcə döymüşəm. Əlbəttə ki, döyüşərəm."