İngiltərənin "Çelsi" klubu Todd Boli və Mark Uolterin öz səhmlərini tam şəkildə "Clearlake Capital" şirkətinə satdıqlarını rəsmən elan edib.

Offsideplus.az xəbər verir ki, eyni zamanda, Todd Boli klubun sədri vəzifəsindən də istefa verərək idarəçilikdən ayrılıb.

​Yayılan məlumatlara görə, Todd Boli və Mark Uolterə məxsus səhmlərin ticarət dəyəri təxminən 950 milyon ilə 1 milyard funt sterlinq arasında qiymətləndirilir.

Bu əməliyyatla birlikdə London təmsilçisinin ümumi klub dəyərinin təxminən 5 milyard funt sterlinq səviyyəsində olduğu bildirilir.