"Real Madrid"in yarımmüdafiəçiləri Orelien Tçuameni və Federiko Valverde arasında yaşanan gərginlik aradan qalxıb.
Offsideplus.az xəbər verir ki, "Elçe"yə qarşı 3:2 hesablı qələbədən sonra futbolçular bir-birini təbrik edib və qucaqlaşıb. Qeyd edək ki, ötən mövsüm fransalı və uruqvaylı oyunçular komandanın məşqində əlbəyaxa olmuşdu. Hadisə nəticəsində Valverde xəstəxanaya yerləşdirilmiş və ona tikiş qoyulmuşdu.
İnsidentdən sonra klub hər iki futbolçuya qarşı intizam araşdırması aparıb və onları 500 min avro məbləğində cərimələyib.


