Argentina millisinin və "İnter Mayami"nin yarımmüdafiəçisi Rodriqo De Pol Lionel Messinin bu il "Qızıl top" mükafatına layiq olduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, De Pol Messinin 39 yaşında dünya çempionatı ilində göstərdiyi çıxışın misilsiz olduğunu vurğulayıb.

"Məncə, burada heç bir müzakirəyə ehtiyac yoxdur. Dünya çempionatı ilində heç kim və heç vaxt Messinin etdiklərini etməyib və etməyəcək. O, mümkün olan bütün sərhədləri aşdı, uzun illər ərzində ən güclü oyunçularla rəqabət apardı və dünya çempionatının ən yaxşı futbolçusu oldu. Məncə, bu barədə mübahisə etmək yersizdir", – deyə De Pol qeyd edib.