Türkiyənin "Trabzonspor" futbol komandasının yeni baş məşqçisi açıqlanıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Super Liqa klubu alman mütəxəssis Tomas Raysla anlaşıb. O, bu postda Fatih Tekkeni əvəzləyib.

Qeyd edək ki, "Trabzonspor" Superliqada 5 turdan sonra 7 xalla 9-cu pillədə qərarlaşıb.