UFC qaydasız döyüş turniri bu payızda Qətərə qayıdacaq. 

Offsideplus.az xəbər verir ki, Mütləq Döyüş Çempionatı (UFC) noyabrın 21-də Doha şəhərində keçiriləcək. UFC Döyüş Gecəsi 294 tədbiri "ABHA Arena"da baş tutacaq. 

Bu barədə UFC-nin rəsmi saytı məlumat yayıb. 

Qeyd edək ki, tədbirdə baş tutacaq döyüşlər hələ ki açıqlanmayıb. 

Sonuncu dəfə Qətər UFC-yə keçən ilin noyabrında ev sahibliyi etmişdi. Gecənin döyüşündə Arman Tsarukyan Den Hukeri məğlub edib.