UFC-nin ən yüngül çəki dərəcəsində çıxış edən Conatan Van, Aleksandre Pantojanın onun ünvanına səsləndirdiyi fikirlərə münasibət bildirib. Braziliyalı döyüşçü mətbuat konfransında Vanı sillələmək istədiyini demişdi.
Offsideplus.az xəbər verir ki, Van bu açıqlamaya sərt reaksiya verib: "Görünən odur ki, mən onun 'atasıyam'. Nə danışdığını başa düşmürəm. Dediklərinə görə onu yaxşıca cəzalandırmaq lazımdır. Döyüşdən sonra hörmətlə davranırdı, indi isə müsahibələr verib məni pis göstərir. Mən ona demişdim ki, yenidən qarşılaşacağıq. Onun nə istədiyini anlamıram, məni əsəbiləşdirir". Van və Pantoja 20 sentyabrda Los-Ancelesdə keçiriləcək UFC 331 turnirində üz-üzə gələcək. Həmin gecədə Arman Tsarukyan və Ruffi arasında da döyüş baş tutacaq.


