ABL sentyabrın 30-da qayıdır.
Offsideplus.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Liqası məlumat yayıb.
Mövsümün açılış oyununda son çempion "Sabah" ilə ötən mövsümün gümüş mükafatçısı "Landau Lions" üz-üzə gələcək.
Bakı İdman Sarayında keçiriləcək matç 19:30-da start götürəcək.


