Keçmiş UFC çempionu Tayron Vudli Xamzat Çimayevlə qarşılaşmadan sonra fikirlərini bölüşüb. O bildirib ki, döyüşə əla formada çıxsa da, istədiyi nəticəni göstərə bilməyib.

Offsideplus.az xəbər verir ki, Vudli bu barədə belə deyib: "Mən çox yaxşı formada idim, dostum. Çox əsəbiyəm. Jetlaq, çəki fərqi və ya yaşla bağlı bəhanə gətirmək istəmirəm. Bu işlə məşğul olmayacağam. Döyüşdə etməli olduğum hər şeyin əksini etdim. O, öz planını yerinə yetirdi, çünki mən işimi görə bilmədim. Çimayev düşündüyümdən zəif idi. Onun gücünü hiss etmədim".

Qeyd edək ki, Xamzat Çimayev və Tayron Vudli 5 sentyabrda Moskvada keçirilən RAF turnirində qarşılaşıb. Çimayev ilk hissədə Vudlini yerə salaraq qələbə qazanıb.