UFC-nin yarımorta çəki dərəcəsində sabiq titul iddiaçısı Gilbert Börns Xamzat Çimayevin karyerası ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, Çimayev tezliklə oktaqona qayıdacaq və hələ də gənc, enerjili döyüşçüdür.

Offsideplus.az xəbər verir ki, Börns Çimayevin tez-tez məşqçi dəyişməsini bəyənmədiyini vurğulayıb: "Düşünürəm, o, qələbəyə çox ac olacaq. Rəqib kimi yüksək səviyyəyə malikdir. Onun güləş bazası əsas üstünlüyüdür. Yeganə narahatlığım odur ki, o, məşqçilərini tez-tez dəyişir. Mənimlə döyüşəndə yaxşı məşqçisi var idi, o isveçli məşqçi işini əla görürdü. Fikrimcə, onda hər şey daha yaxşı alınırdı. Bu, şəxsi fikrimdir".

Xatırladaq ki, Xamzat Çimayev və Gilbert Börns 2022-ci ilin aprelində qarşılaşıb və həmin döyüşdə Çimayev hakimlərin yekdil qərarı ilə qalib gəlib.