İngiltərə millisinin sabiq hücumçusu Qabriel Aqbonlahor Maykl Karrikin bu il "Mançester Yunayted"dən uzaqlaşdırıla biləcəyini istisna etməyib.
Offsideplus.az xəbər verir ki, "Mançester Yunayted" ardıcıl iki oyunda məğlub olub və artıq İngiltərə Liqa Kubokundan kənarlaşdırılıb. Premyer Liqada komanda hazırda 13-cü pillədə qərarlaşıb.
Aqbonlahor bildirib: "Əgər vəziyyət belə davam etsə, bu həftəsonu səfərdə "Fulhem"ə də uduzsalar... Sonra isə yığma oyunları üçün üç həftəlik fasilə olacaq. Əgər sən "Mançester Yunayted"sənsə, artıq kimisə nəzərdən keçirməyə başlayırsan? Görəsən, kiminlə danışmaq olar? Əgər bu, daha dörd-beş oyun davam etsə, bəlkə də dəyişiklik edərlər. Amma hazırda onun vəzifəsi tam təhlükəsizdir".


