"Barselona"nın 23 yaşlı yarımmüdafiəçisi Fermin Lopes futboldan kənar məqsədlərindən danışıb.
Offsideplus.az xəbər verir ki, Lopes şəxsi həyatında ailə qurmaq və yaxınlarının sağlam olmasını arzuladığını bildirib. O, həmçinin gələcəkdə öz evini tikmək və yaşayış şəraitini yaxşılaşdırmaq istədiyini qeyd edib.
"Əlbəttə, bu, qarşıya qoyduğum məqsədlərdir. Amma düşünürəm ki, onların reallaşmasına hələ çox var", – deyə Fermin Lopes vurğulayıb.


