"Sumqayıt" yeni qapıçısına qovuşur.
Offsideplus.az-ın əldə etdiyi məlumata görə, "kimyaçılar" Marko Yohansson ilə razılığa gəlib.
Karyerasına "Malmö"də başlayan 28 yaşlı qapıçı son olaraq "Traktor"da çıxış edib.
O, eyni zamanda Almaniyanın köklü klubu "Hamburq"un da formasını geyinib.
O, azad agent kimi "Sumqayıt"a qoşulacaq.
Qeyd edək ki, "kimyaçılar" bu yay Jeymes Almeydanı transfer etsə də, 25 yaşlı qapıçı zədələnərək uzunmüddətli sıradan çıxıb.


