Kilian Mbappe "Barselona"nın mövsümə uğurlu başlaması barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, "Barselona" La Liqada keçirdiyi 6 oyunun hamısında qalib gəlib və 18 xalla turnir cədvəlinə başçılıq edir. "Real Madrid" isə 15 xalla ikinci pillədə qərarlaşıb.
Mbappe "Barselona"nın əsas rəqib olub-olmadığı barədə suala belə cavab verib:
"Onlar yaxşı iş görürlər. Mən başqa komandalar haqqında danışmağı sevmirəm, çünki orada oynamıram və nə baş verdiyini bilmirəm. Onlar oyunlarını qazandılar, amma hələ mövsümün əvvəlidir".


