Enso Mareska "Mançester Siti"nin ardıcıl altı qələbəsi, o cümlədən Liqa Kubokunda "Norviç" üzərində 5:0 hesablı uğuru barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, baş məşqçi bu seriyadan razı olduğunu bildirib, lakin diqqətini yalnız növbəti oyuna yönəltdiyini vurğulayıb.
"Bu beş-altı oyundan çox razıyam, amma bütün diqqətim növbəti qarşılaşmadadır. Altı oyundur ardıcıl qalib gəlməyimiz barədə düşünmürəm, çünki həmin matçlar artıq geridə qalıb. Təbii ki, qələbə qazanmağı üstün tuturam, amma indi əsas diqqət növbəti oyundadır. Dəfələrlə demişəm ki, bir həftədən uzağa baxmıram. Bizim işdə bir həftə ərzində çox şey dəyişə bilər. Mövsümə başlayanda altı və ya yeddi oyundan sonra harada olacağımızı düşünmürdüm. Əvvəlcə "Arsenal"ı, sonra isə "Bornmut"u düşünürdüm və belə davam edirdi", – deyə Mareska qeyd edib.


