"Aston Villa"nın baş məşqçisi Unai Emeri Alehandro Qarnaçonun niyə az oynadığını izah edib.

Offsideplus.az xəbər verir ki, 22 yaşlı cinah oyunçusu cari mövsümdə üç dəfə son dəqiqələrdə meydana çıxıb və son üç oyunu ehtiyatda keçirib. İyulda Birmingem təmsilçisi Qarnaçonu "Çelsi"dən bir illik icarəyə götürüb və müəyyən şərtlər yerinə yetirildikdə onu almaq öhdəliyi var.

Emeri bildirib: "O, işləməyə davam etməlidir. Çalışmaq, məşq etmək və yenə də işləmək lazımdır. Meydana çıxmaq imkanı yarananda isə yaxşı oynamağa çalışmalıdır. Qarnaço irəliləyiş göstərir, lakin hazırda bizdə üstün görünən oyunçular var. Corc Hemmings əla çıxış edir. Alisson da hər şeyi yaxşı anlayır və bizə lazım olanı verir. Mbaye də özünü yaxşı tərəfdən göstərib. Rəqabətli komanda qurmaq istəyirik ki, oyunçular heyətdə yer uğrunda mübarizə aparsın və oyun üslubumuza uyğunlaşsınlar. Qarnaço mövsümöncəsi yaranan bəzi şəraitə görə bir qədər geridə qalıb. Səbirli olmaq və ona lazım olan qədər vaxt vermək lazımdır".